Özbəkistan prezidenti Fransaya dövlət səfərinə yola düşüb

Özbəkistan prezidenti Fransaya dövlət səfərinə yola düşüb

11 Mart 12:34
Bəyəndim (2) Bəyənmədim (0)


Özbəkistan prezidenti Şavkat Mirziyoyevin martın 11-13-də Fransaya dövlət səfəri başlayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Paris səfərində ən yüksək səviyyədə danışıqlar və tədbirlər, həmçinin Fransanın rəsmi və işgüzar dairələri ilə bir sıra görüşlər daxildir", - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, qarşıdakı təmasların gündəliyinə Özbəkistan-Fransa çoxşaxəli münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi məsələləri daxildir. Ticarət-iqtisadi, investisiya və maliyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə, Fransanın aparıcı şirkətləri və müəssisələri ilə əməkdaşlıq layihələrinin təşviqinə üstünlük veriləcək.

Mətbuat xidməti əlavə edib ki, Mirziyoyev Fransada olarkən YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşərək təşkilatın bu ilin payızında Səmərqənddə Baş Konfransının 43-cü sessiyasının hazırlanması və keçirilməsinin praktiki aspektlərini müzakirə edəcək.

Əziz Mustafa, Oxuməni.az