Avropa ABŞ-ı Ukrayna ilə bağlı hərbi sammitə dəvət etməyib

Avropa ABŞ-ı Ukrayna ilə bağlı hərbi sammitə dəvət etməyib

11 Mart 13:12
Bəyəndim (2) Bəyənmədim (0)


“Associated Press” Fransa hərbi rəsmisinə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyəti martın 11-də Parisdə Ukrayna üçün beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasının müzakirə olunacağı hərbi sammitə dəvət edilməyib.
Qeyd olunur ki, amerikalılar sammitə ona görə dəvət olunmayıb ki, avropalılar mümkün atəşkəsdən sonra Ukraynada sülhün qorunmasına görə məsuliyyəti öz üzərlərinə götürməyə qadir olduqlarını nümayiş etdirmək istəyirlər.
Sammitdə ABŞ istisna olmaqla, demək olar ki, bütün NATO üzvü olan 32 ölkənin qərargah rəisləri və ya onların nümayəndələri iştirak edəcək. Xorvatiya və Monteneqro nümayəndə heyətləri iclasa qatılmayacaq.
“AP” xəbər verir ki, Ukraynanı sammitdə həm də ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının üzvü olan hərbçi təmsil edəcək.
Sammitin əsas mövzusu Fransa və Böyük Britaniya tərəfindən yaradılması təklif edilən beynəlxalq təhlükəsizlik qüvvələrinin hərbi əməliyyatların ehtimal olunan dayandırılmasından sonra təcavüzkar ölkə Rusiyanın təkrar genişmiqyaslı hücumunun qarşısını necə alması ilə bağlı müzakirələr olacaq.
“AP”-nin Fransa hökumətindəki mənbəsi qeyd edib ki, təhlükəsizlik qüvvələrinin tərkibinə Rusiya tərəfindən atəşkəsin pozulması halında Ukraynanın müdafiəsini dəstəkləmək üçün tez bir zamanda - saatlar və ya günlər ərzində yerləşdirilə bilən ağır silahlar və strateji silah ehtiyatları ola bilər.
“Daha dəqiq və konkret” müzakirələr də planlaşdırılır ki, bu müzakirələr zamanı iştirakçılar öz hərbi strukturlarının təşəbbüsdə iştiraka hazır olduqlarını və imkanlarını ifadə etməyə dəvət olunacaqlar. Bununla belə, missiyada iştirakla bağlı yekun qərarı siyasi səviyyədə dövlət liderləri verəcək.
Almaz Həsənli