Avropa İttifaqı Ukrayna və ABŞ arasında Ciddədə başa çatan danışıqlara münasibət bildirib

Avropa İttifaqı Ukrayna və ABŞ arasında Ciddədə başa çatan danışıqlara münasibət bildirib

07:54
Bəyəndim (3) Bəyənmədim (0)

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Kiyev Ukrayna və ABŞ arasında danışıqların çox konstruktiv getdiyi barədə Avropa İttifaqını məlumatlandırıb.

" Başa çatan danışıqlara gəlincə, Ukraynadan aldığımız məlumatlara görə, danışıqlar çox konstruktiv şəkildə gedib", - Kallas bildirib.

Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında danışıqlar gedib. Kiyevdən görüşdə Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiha və müdafiə naziri Rustem Umerov iştirak edirb.. Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals başçılıq edib.

Vaşinqton danışıqların əsas məqsədini “sülh razılaşması və atəşkəs üçün çərçivə yaratmaq” kimi qeyd edib. Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə etməyə və Ukrayna tərəfi üçün əlverişsiz şərtlərin tətbiqi cəhdlərinə müqavimət göstərməyə hazırlaşır.

Bundan əvvəl ABŞ Səudiyyə Ərəbistanında keçiriləcək görüşdən "bəşəriyyət üçün fantastik xəbər" gözlədiyini bildirmişdi.

Əziz Mustafa , Oxuməni.az