BKS-də ilişib qalan astronavtlar kosmosda 9 ay qaldıqdan sonra Yerə qayıdırlar

BKS-də ilişib qalan astronavtlar kosmosda 9 ay qaldıqdan sonra Yerə qayıdırlar

18 Mart 13:31
Bəyəndim (2) Bəyənmədim (0)

“Boeing Starliner”-də yaranan texniki problem səbəbindən doqquz aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan NASA astronavtları yenidən Yerə uçublar.

Oxuməni.az xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Amerikalı NASA astronavtları Nik Heyq, Buç Uilmor və Suni Uilyams, habelə rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu SpaceX Crew-9 kosmik gəmisi BKS-dən uğurla çıxarılıb.

“Crew-9” missiyasının heyəti Yerə qayıtmağa başlayıb”, - NASA-nın açıqlamasında deyilir.

Kosmik gəmi martın 18-də Bakı vaxtı ilə saat 9:05-də BKS-dən ayrıldı.

Amerikalı astronavtlar Uilmor və Uilyams BKS-ə 5 iyun 2024-cü ildə gəliblər və onların Yerə qayıtması həmin ilin 14 iyununa planlaşdırılıb. Lakin helium sızması və “Starliner”-in dörd mühərrikinin sıradan çıxması səbəbindən missiya altı aydan çox davam etdi.

Payızda Uilyamsın əhəmiyyətli dərəcədə arıqlaması ilə bağlı məlumatlar ortaya çıxdı və bu, mütəxəssislərin narahatlığına səbəb oldu. NASA rəsmi olaraq bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geri dönüş tələb etmir.

Rus kosmonavt Qorbunov və astronavt Heyq 2024-cü ilin sentyabrında orbitə çıxıblar.

Almaz Həsənli