
Ukrayna uzunmüddətli perspektivdə NATO üzvü ola bilər
Ukrayna sülh danışıqları nəticəsində Şimali Atlantika Alyansına üzv ola bilməyəcək, lakin bu, onun gələcəkdə NATO-ya üzv ola bilməyəcəyi anlamına gəlmir. Bunu Varşava İqtisadiyyat Məktəbində çıxışı zamanı alyansın baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilən son sammit Ukraynanın NATO-ya doğru “dönməz yolunu” təsdiqləyib.
“Biz heç vaxt Ukraynaya sülh danışıqları kontekstində NATO-ya üzv olacağına söz verməmişik, lakin biz gələcəklə, uzunmüddətli perspektivdə baş verəcəklərlə fərq qoymalıyıq”, - Rutte bildirib.
Martın 20-də Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkə NATO-ya üzv olmağa hazır deyil. Onun sözlərinə görə, Ukrayna həqiqətən də Şimali Atlantika Alyansına qoşulmaq istəyir, çünki “bu, bir çox problemləri həll edərdi”.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bəyan etmişdi ki, Kiyev ərazilərin itirilməsini rəsmən tanımayacaq, Şimali Atlantika Alyansı və Avropa İttifaqına qoşulmaqdan imtinasını qeyd etməyəcək və ya mümkün sülh sazişində ordunun sayına məhdudiyyət qoyulmasını nəzərdə tutmayacaq.
Əziz Mustafa, Oxuməni.az