
Aİ-nin hərbiləşdirilməsi onun dağılmasına gətirib çıxaracaq
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının (Aİ) militarizasiyası kursu birliyin dağılmasına gətirib çıxaracaq. O, bu fikri Financial Times (FT) qəzetinin “Orban problemi”nin həllinin zəruriliyi ilə bağlı dərcini şərh edərkən bildirib.
Orban deyib ki, istənilən halda Aİ-nin hərbiləşdirilməsi qurumun gələcəyinə yaxşı heç nə vəd etmir. Orban"Biz buna qarşı çıxacağıq. Aİ-nin hərbiləşdirilməsi axmaqlıqdır. Aİ sülh qurumundan hərbi qarşıdurmaq qurumuna çevrilməməlidir. Silahlanma Aİ ilə Rusiya arasında müharibəyə gətirib çıxaracaq. Buna yol vermək olmaz",-deyib.
Bundan əvvəl, martın 8-də Viktor Orban bəyan etmişdi ki, Ukraynadakı üç illik münaqişə zamanı Macarıstan iqtisadiyyatı 20 milyard avro itirib. Onun sözlərinə görə, Budapeştin 26 Aİ ölkəsi ilə “Ukraynaya daha çox silah və pul göndərilməsinin zəruriliyindən səmərəli danışan” saziş imzalamamasının əsas amili bu olub.
Əziz Mustafa, Oxuməni.az