
Ştuttof həbs düşərgəsinin katibi Almaniyada vəfat edib
İkinci Dünya Müharibəsi zamanı kütləvi cinayətlərdə təqsirli bilinən Ştuttof həbs düşərgəsinin katibi İrmqard Furçner Almaniyada vəfat edib. Bu barədə Almaniyanın SHZ portalı məlumat yayıb.
“Ştuttof konsentrasiya düşərgəsində komendantın katibi vəzifəsində çalışmış İrmqard F. 99 yaşında vəfat edib”, – nəşr yazır.
Furçner 18 yaşından Polşadakı Ştuttof həbs düşərgəsinin komendantının katibi vəzifəsində çalışıb. O, stenoqraf olub və məhbusların sistemli şəkildə qətlə yetirilməsinin təşkilində mühafizəçilərə yardım edib. Furçner insanların məhv edilməsi haqqında heç nə bilmədiyini iddia etdi.
2024-cü ilin avqustunda Almaniyanın Ali Federal Məhkəməsi Polşanın Qdansk yaxınlığındakı Ştuttof nasist həbs düşərgəsində makinaçı işləmiş 99 yaşlı İrmqard Furçnerin hökmünü qüvvədə saxlayıb.
Almaniyada İrmqard Furçner işi Milli Sosialistlər tərəfindən həyata keçirilən kütləvi qətllərlə bağlı son məhkəmələrdən biri hesab olunur. 2022-ci ildə Şlezviq-Holşteyn federal əyalətində yerləşən İtzehoe məhkəməsi onu iki il şərti cəzaya məhkum etdi. Furçner 10.505 nəfərin qətlinə köməklik etməkdə və beş nəfəri öldürməyə cəhddə təqsirli bilinib. Daha sonra o, apellyasiya şikayəti verdi, lakin çərşənbə axşamı Ali Məhkəmə onun tələbini rədd etdi və ilkin hökmü qüvvədə saxladı. Hakimlər qeyd etdilər ki, makinaçı kimi öz vəzifələrini yerinə yetirərkən qadın qətllərə effektiv şəkildə “psixoloji dəstək” göstərirdi, çünki düşərgəyə gələn yazışmaların demək olar ki, hamısı onun vasitəsilə keçirdi.
Əziz Mustafa, Oxuməni.az