
ABŞ Hərbi Dəniz Qüvvələrində 68 nüvə sualtı qayığı var
Amerika hərbi-sənaye korporasiyası RTX-in məlumatına görə, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində müxtəlif məqsədlər üçün 68 nüvə sualtı qayığı var.
Donanmaya hər biri 20 "Trident II D5" qitələrarası ballistik raketləri ilə təchiz edilmiş 14 strateji sualtı qayıq və 1600 km mənzilli 154 Tomahawk qanadlı raketi daşıya bilən 4 "Ohayo" sinifli sualtı qayıq daxildir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qüvvələrinin əsasını "Los-Anceles" (23 sualtı qayıq), "Virciniya" (24 sualtı qayıq) və "Seawolf" (üç sualtı qayıq) sinfinə aid nüvə hücum sualtı qayıqları təşkil edir. Hər bir sualtı qayıq 12 "Tomahawk" qanadlı raketi ilə təchiz olunub.
"Ohayo" sinifli sualtı qayıqları əvəz etmək üçün üç Kolumbiya sinifli strateji nüvə sualtı qayığı tikilir.
Əziz Mustafa. Oxuməni.az