Mayın 5-də Səmərqənddə Mərkəzi Asiya və Körfəz Dövlətlərinin Sammiti keçiriləcək

Mayın 5-də Səmərqənddə Mərkəzi Asiya və Körfəz Dövlətlərinin Sammiti keçiriləcək

17 Aprel 07:40
Bəyəndim (2) Bəyənmədim (0)

Mərkəzi Asiya ölkələrinin və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti mayın 5-də Səmərqənddə keçiriləcək.

Mayın 5-də Səmərqənddə Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammiti keçiriləcək. Bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov məlumat verib.

O, bu barədə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq üzrə xarici işlər nazirlərinin üçüncü iclasının yekunlarına dair açıqlama verib. Bəxtiyor Səidov sammiti “regionlarımız arasında əlaqələrin dərinləşməsində mühüm mərhələ” kimi dəyərləndirib.

İlk Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammiti 2023-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. KƏŞ-ə Fars körfəzi ilə həmsərhəd olan altı ərəb dövləti daxildir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Oman və Qətər.

Əziz Mustafa, Oxuməni.az