Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

07:58
Bəyəndim (4) Bəyənmədim (0)

Florida ştatının Orlando hava limanında Delta Air Lines şirkətinə məxsus Airbus A330 təyyarəsi yanıb. Bu barədə Reuters xəbər verir. Mənbənin məlumatına görə, yanğın Orlandodan havaya qalxmalı olan təyyarənin mühərrikini bürüyüb. Xilasedicilər şişmə slaydlardan istifadə etməklə 300 nəfəri təxliyə ediblər.

Təyyarədə 282 sərnişin, 10 stüardessa və iki pilot olub.

ABŞ Mülki Aviasiya Administrasiyasına istinad edən Fox35-in məlumatına görə, Airbus A330 Atlantaya uçmağa hazırlaşırdı. Təyyarə uçuş-enmə zolağından aşağı hərəkət etməyə başlayanda onun mühərriklərindən birində alov yaranıb.

Aprelin 17-də ABŞ-ın Denver şəhərindən Kanadaya uçan “Boeing 737” təyyarəsinin mühərrikində yanğına görə havaya qalxdıqdan az sonra məcburi eniş etdiyi bildirilir. Hadisə göyərtəsində 159 sərnişinin olduğu və Edmontona uçan təyyarədə baş verib.

Əziz Mustafa, Oxuməni.az