RT-nin jurnalisti Çay Bose Rumıniyada saxlanılıb

RT-nin jurnalisti Çay Bose Rumıniyada saxlanılıb

2 May 15:11
Bəyəndim (1) Bəyənmədim (0)

RT-nin müxbiri Çay Bose Rumıniyanın Buxarest hava limanında saxlanılıb. Bu barədə telekanalın özü məlumat yayıb.

Jurnalist 6 polis əməkdaşının müşayiəti ilə təyyarədən endirilib, daha sonra dindirilmək üçün aparılıb. Müxbir izah edib ki, o, Rumıniyadakı seçkiləri işıqlandırmağı planlaşdırır.

Aprelin 4-də Rumıniyada prezident seçkiləri kampaniyası başlayıb - Konstitusiya Məhkəməsinin dekabrda keçirilən səsvermənin nəticələrini ləğv etməsindən sonra ikinci kampaniya.

Müstəqil namizəd Kalin Georgeskunun öndə getdiyi səsvermənin nəticələrinin ləğvindən sonra Rumıniyada siyasi böhran yarandı. Nəticədə yeni seçkilər təyin olundu və Georgescu həbs olundu və seçki prosesində iştirakına qadağa qoyuldu.

Rumıniya mənbələri Georgeskunu Rusiyanın tərəfdarı adlandırır. O, prezident seçkilərinin birinci turunda 22,94 faiz səslə qalib gəlib. Lakin Rumıniyanın Konstitusiya Məhkəməsi "Rusiyanın təsirini" əsas gətirərək seçkilərin nəticələrini ləğv edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Georgesunun Rumıniyada təkrar prezident seçkilərində iştirakdan imtina etməsini bütün demokratik normaların pozulması adlandırıb.

Əziz Mustafa , Oxuməni.az