Çin Yerin elektromaqnit sahəsini izləmək üçün üç peyk orbitə buraxıb

Çin Yerin elektromaqnit sahəsini izləmək üçün üç peyk orbitə buraxıb

08:12
Bəyəndim (6) Bəyənmədim (0)

Çinin "Long March-6A" daşıyıcı raketi bazar günü "Yaogan-40-02" üç elektromaqnit monitorinq peykini orbitə çıxarıb, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Yüngül üç mərhələli raketin buraxılışı Pekin vaxtı ilə saat 21:27-də Çinin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. Kosmik gəmi təyin olunmuş orbitə uğurla daxil oldu.

CASC-nin məlumatına görə, peyklər Yerə yaxın orbitdə elektromaqnit monitorinqinin aparılması və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Əziz Mustafa, Oxuməni.az