Zelenski: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm

Zelenski: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm

10:37
Bəyəndim (5) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya diktatoru Vladimir Putini mayın 15-də Türkiyədə şəxsən gözləyəcəyini bildirib.

Bu barədə Ukrayna prezidentinin bəyanatında xəbər verilir.

"Biz atəşkəs gözləyirik - tam və uzunmüddətli, diplomatiya üçün lazımi baza təmin edəcək. Qətlləri uzatmağın mənası yoxdur. Mən şəxsən Putini cümə axşamı Türkiyədə gözləyəcəm", - o vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, o, ümid edir ki, bu dəfə ruslar bunu edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar.

Xatırladaq ki, dünən, mayın 10-da bir sıra Avropa ölkələrinin rəhbərləri Kiyevə gəliblər. Onlar əvvəlcə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, sonra isə Amerika lideri Donald Trampa zəng ediblər.

Söhbət zamanı məlum oldu ki, Ukrayna və onun bütün müttəfiqləri ən azı 30 gün ərzində tam, qeyd-şərtsiz atəşkəsə hazırdır.

Zelenski daha sonra deyib ki, Ukrayna və Rusiya arasında atəşkəs mayın 12-də bazar ertəsi başlamalıdır.

Əziz Mustafa, Oxuməni.az