Tramp ABŞ-da dərman qiymətlərinin 80% azaldılacağını açıqladı

Tramp ABŞ-da dərman qiymətlərinin 80% azaldılacağını açıqladı

10:26
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp ABŞ-da reseptlə satılan dərmanların qiymətinin aşağı salınması ilə bağlı sərəncam imzalayacağını açıqlayıb.Bu barədə Oxuməni.az “İnterfaks”a istinadla xəbər verir.
"Sabah səhər saat 9:00-da Ağ Evdə xalqımızın tarixində ən mühüm İcra Sərəncamlarından birini imzalayacağımı elan etməkdən məmnunam. Reseptli dərman və digər dərmanların qiymətləri demək olar ki, dərhal 30-80% azalacaq", - Tramp sosial şəbəkəsində yazıb.
Prezident bildirib ki, onun əmri sayəsində ABŞ “dünyada ən aşağı qiyməti ödəyən ölkə ilə eyni qiyməti ödəyəcək”.
"Ölkəmizə nəhayət ədalətli davranılacaq və vətəndaşlarımızın səhiyyə xərcləri kəskin şəkildə azalacaq", - Tramp deyib.
Almaz Həsənli