Əfqanıstan, Pakistan və Çin nümayəndələri xüsusi iqtisadi zonaların yaradılmasını müzakirə ediblər

Əfqanıstan, Pakistan və Çin nümayəndələri xüsusi iqtisadi zonaların yaradılmasını müzakirə ediblər

08:23
Bəyəndim (6) Bəyənmədim (0)

Əfqanıstan, Pakistan və Çin nümayəndələrinin Kabildə görüşü keçirilib, tərəflər birgə layihələrin başlanmasını müzakirə ediblər. Bu barədə Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin mətbuat mərkəzi bildirib.

"Əsas məsələlər, o cümlədən Əfqanıstanda birgə sənaye parklarının və xüsusi iqtisadi zonaların yaradılması müzakirə olunub. Birgə ixrac emal mərkəzlərinin yaradılması, üçtərəfli ticarət yarmarkalarının keçirilməsi, Əfqanıstanda kiçik və orta sahibkarlığa dəstək mərkəzlərinin qurulması və üç ölkə arasında bank əlaqələrinin təşviqi ilə bağlı müzakirələr aparılıb", - məlumatda deyilir.

Görüşdə Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi, Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq Xan və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yu Xiaoyongun rəhbərlik etdiyi Çin nümayəndə heyəti iştirak edib.

Əziz Mustafa, Oxuməni.az