Hindistan Pakistanla gərginliyə görə bağlanan 32 hava limanını yenidən açıb

Hindistan Pakistanla gərginliyə görə bağlanan 32 hava limanını yenidən açıb

11:45
Bəyəndim (5) Bəyənmədim (0)


Hindistan ölkənin şimal və qərbində Pakistanla gərginlik səbəbindən əvvəllər bağlanmış 32 hava limanını açıb, News18 telekanalı xəbər verir.

Hindistan Müdafiə Nazirliyinin sözçüsü Sunil Barthwal Cammu və Kəşmirdə Hindistan və Pakistanın təmas xəttində gecənin sakit keçdiyini və insidentlə bağlı məlumat verilmədiyini bildirib.

Bundan əvvəl Hindistan hakimiyyəti Pakistanla gərginliyin artması fonunda ölkənin 487 hava limanından 32-nin bağlandığını elan edib.

Mayın 6-da axşam Hindistan “Sindoor” hərbi əməliyyatı elan edib, bu əməliyyat çərçivəsində ölkənin silahlı qüvvələri Pakistanda və Kəşmirin Pakistan hissəsində yerləşən 9 “terror infrastrukturu” obyektinə raket zərbələri endirib. Buna cavab olaraq Pakistan ordusu Hindistanın beş şəhərinə zərbələr endirib. Bundan sonra tərəflər bir-birinə zərbələr endirməyə davam ediblər. Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəliblər.

Əziz Mustafa, Oxuməni.az