
Baza Telegram kanalının ofisində axtarışlar aparılır
Təhlükəsizlik qüvvələri Baza Telegram kanalının ofisində axtarışlar aparır. Bu barədə nəşrin kanalı məlumat yayıb.
Səhər saatlarında polis və çevik qüvvələr “Baza”nın baş redaktoru Qleb Trifonovun mənzilinə gəlib. Hazırda onunla əlaqə yoxdur. Trifonovun qonşuları onu naməlum yerə apardıqlarını bildiriblər. Həmkarları, qohumları və vəkilləri onun yerini müəyyən edə bilmirlər. Bundan sonra redaksiyaya polis əməkdaşları gəlib. Həmin vaxt ofisdə olan nəşrin əməkdaşları zənglərə cavab verməyi dayandırıblar.
Axtarışların nə ilə bağlı olduğu hələlik məlum deyil. Bazanın sözlərinə görə, söhbət Rusiyanın regionlarından birində cinayət işinin başlanmasından gedə bilər.
Rusiya Federasiyasının İstintaq Komitəsi polis əməkdaşlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işinin başlandığını elan edib. İş çərçivəsində axtarışlar Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, həmçinin Belqorod vilayətində aparılıb.
Agentliyin məlumatına görə, Krasnodar və Krasnoyarsk vilayətlərində, eləcə də Belqorod vilayətində “məhdud giriş məlumatlarının qanunsuz ötürülməsi” halları müəyyən edilib və sonradan “Telegram messencerinin kanallarından birində” dərc edilib.
Əziz Mustafa