
Tramp Yaponiya ilə 550 milyard dollarlıq müqavilə imzalayıb
ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, ABŞ Yaponiya ilə bəlkə də “indiyə qədər bağlanmış ən böyük sövdələşmə” imzalayıb. Onun sözlərinə görə, sövdələşmənin bir hissəsi investisiyalara, ikinci hissəsi isə ticarət tariflərinə aiddir.
"Yaponiya mənim göstərişimlə ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq ki, bu da gəlirin 90%-ni alacaq. Bu sövdələşmə yüz minlərlə iş yeri yaradacaq", - Donald Tramp yazıb.
Lakin onun fikrincə, tariflər üzrə razılaşmanın bir hissəsi daha vacibdir. “Yaponiya öz ölkəsini ticarətə açacaq, o cümlədən avtomobil və yük maşınları, düyü və bəzi digər kənd təsərrüfatı məhsulları... Yaponiya ABŞ-a 15% həcmində qarşılıqlı tariflər ödəyəcək”, cənab Tramp izah edib.
Əziz Mustafa
Digər xəbərlər