
Suriya Türkiyədən müdafiəsini gücləndirmək və terrorla mübarizədə kömək istəyib
Suriya hakimiyyəti Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorla mübarizədə yardım istəyib. Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən “TRT Haber” telekanalı məlumat yayıb. Kanalın mənbələrinə görə, Türkiyə İsraillə gərginlik şəraitində Suriyanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək.
“Suriya administrasiyası müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD-in başçılıq etdiyi terror təşkilatlarına qarşı mübarizə çərçivəsində Türkiyədən rəsmi yardım istəyib”, – telekanalın mənbələri bildirib.
Hərbi idarə, Türkiyənin “Suriyanın ərazi bütövlüyünün qorunması, orada sabitliyin təmin edilməsi və terror təşkilatları ilə mübarizə məsələlərində qəti mövqeyini qoruduğunu” vurğulayıb.
İyulun 16-da İDF Dəməşqdə Suriya Baş Qərargahının binasına hava zərbələri endirib. Buna səbəb Suriya hökumət qüvvələrinin ölkənin cənubunda druzlara qarşı hərəkətləri olub. İsrail Suriya ərazisinə hücumlarını druz əhalisini qorumaq istəyi ilə əsaslandırıb. Bir neçə gün sonra tərəflər atəşkəs barədə razılığa gəliblər.
Əziz Mustafa