Andrea Pirlo “Dubay Yunayted”-in baş məşqçisi təyin edilib

Andrea Pirlo “Dubay Yunayted”-in baş məşqçisi təyin edilib

25 İyul 13:00
Bəyəndim (4) Bəyənmədim (0)

Dünya çempionu, 46 yaşlı italiyalı futbol mütəxəssisi Andrea Pirlo rəsmən "Dubay Yunayted"in baş məşqçisi olub.
"Yunayted Futbol Klubu rəsmi olaraq Andrea Pirlonun əsas komandanın yeni baş məşqçisi təyin edilməsini elan etməkdən məmnundur. 2006-cı il Dünya Kubokunun qalibi və öz nəslinin ən məşhur yarımmüdafiəçilərindən biri olan Pirlo özünəməxsus futbol vizyonunu, Yuventus və Sampdoriya kimi klublarda qazandığı dəyərli məşqçilik təcrübəsini özü ilə gətirir. Bu, klubun BƏƏ-də futbol sahəsində artan ambisiyalarını əks etdirir”, - deyə klubun mətbuat xidmətinin rəsmi saytında məlumat verilib.
Andrea Pirlo futbolçu karyerasını 2017-ci ildə başa vurub.Mütəxəssisin son iş yeri "Sampdoriya" olub. Pirlo peşəkar məşqçilik karyerasına “Yuventus”a rəhbərlik edərək başlayıb. Andrea Turin komandası ilə ilk ilində Superkubok və İtaliya Kubokunu qazanıb.
Müqavilənin təfərrüatları açıqlanmır. Qeyd olunur ki, Pirlo artıq Dubaya gəlib və yeni mövsümə hazırlıq üçün yaxın günlərdə komanda ilə işə başlayacaq.
İtaliya millisi ilə 2006-cı ilin Dünya Çempionu olan 46 yaşlı Pirlo məşqçilik karyerasına 2020-ci ildə başlayıb. O, "Yuventus", "Sampdoriya" və Türkiyənin "Fatih" klublarında çalışıb.
Almaz Həsənli