Tusk Polşada rus agentlərinə qarşı amansız tədbirlər görəcəyini vəd edib

Tusk Polşada rus agentlərinə qarşı amansız tədbirlər görəcəyini vəd edib

30 İyul 08:42
Bəyəndim (3) Bəyənmədim (0)

Polşa artıq Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfəri saxlayıb. Düşmən agentlərinə münasibət amansız olacaq. Bunu Polşanın baş naziri Donald Tusk deyib.

Polşa hökuməti başçısının sözlərinə görə, saxlanılanlar arasında ruslar, belaruslar, ukraynalılar, həmçinin Kolumbiya vətəndaşı və polyak da var. Onlar Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə təxribat və hücumlar etməli idilər. Şübhəlilərdən birinə artıq hökm çıxarılıb, qalanları isə həbsdədir və məhkəməni gözləyir.

Tusk dəqiqləşdirib ki, Polşada iki yanğın törətməkdə ittiham olunan 27 yaşlı kolumbiyalının işində istintaq belə təxribatların Rusiya xüsusi xidmət orqanlarının birbaşa göstərişi ilə törədildiyini təsdiqləyib.

Əziz Mutafa