
ABŞ narkotik kartelləri ilə mübarizə üçün Karib hövzəsinə qoşun yeridəcək
ABŞ prezidenti Donald Trampın terror təşkilatı kimi tanıdığı Cənubi Amerika narkotik kartellərinin təhdidlərinə qarşı çıxmaq üçün ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin Cənubi Karib hövzəsinə yerləşdirilməsinə göstəriş verib.
Bu barədə “Reuters”-ə məsələ ilə bağlı məlumatlı üç mənbə bildirib. Mənbələrdən biri bildirib ki, artıq ərazidə olan qüvvələri gücləndirmək üçün bir neçə P-8 kəşfiyyat-müşahidə təyyarəsi, həmçinin ən azı bir döyüş gəmisi və bir hücum sualtı qayığı göndəriləcəyi gözlənilir.
Mənbə həmçinin əməliyyatın bir neçə ay davam edəcəyini və qüvvələrin beynəlxalq su və hava məkanında fəaliyyət göstərəcəyini bildirib.
Almaz Həsənli
Digər xəbərlər