
Amerika qitəsində 12 700-dən çox insan Oropuş virusuna yoluxub
Pan Amerika Səhiyyə Təşkilatı (PAHO) bildirir ki, 2025-ci ilin əvvəlindən Amerika qitəsində 12 700-dən çox Oropuş virusuna yoluxma halı qeydə alınıb.Bu barədə Oxuməni.az “TASS” agentliyinə istinadla xəbər verir.
İnfeksiya regionun 11 ölkəsində aşkarlanıb, ən çox yoluxma Braziliyadadır.
PAHO-nun məlumatına görə, yanvarın 1-dən iyulun 27-dək Braziliyada 11 888 yerli virusa yoluxma halı qeydə alınıb. Panamada (501), Peruda (330), Kubada (28), Kolumbiyada (26), Venesuelada (5) və Qayanada (1) əhəmiyyətli dərəcədə daha az hal qeydə alınıb. Dörd ölkədə infeksiya xaricdən gətirilib: Uruqvay (3), Çili (2), Kanada (1) və ABŞ (1).
Təşkilat bildirir ki, infeksiyanın yayılmasının artması iqlim dəyişikliyi, meşələrin qırılması və urbanizasiya ilə bağlıdır. Bütün bunlar virusun daşıyıcısı olan həşəratların sayının artmasına səbəb olur. PAHO nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb, çünki xəstəlik üçün peyvənd və ya spesifik müalicə hələ mövcud deyil.
Oropuş virusu ilk dəfə 1955-ci ildə Trinidad və Tobaqoda aşkar edilmişdir. İnsanlara hünülərin (mığmığalar) dişləmələri ilə ötürülür və qızdırma, baş və oynaq ağrıları, ürəkbulanma, qusma və səpgilərə səbəb olur. 2024-cü ildə regionda 16 mindən çox xəstəlik qeydə alınıb, 4 nəfər ölüb. Eyni zamanda, Braziliyadan virusun hamiləlik zamanı birbaşa anadan embriona ötürülməsi halları barədə məlumatlar var.
Almaz Həsənli