Putin Zelenski ilə görüşməyə hazırdır

Putin Zelenski ilə görüşməyə hazırdır

10:12
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığında Vladimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Bu barədə “AFP” məlumat yayıb.

Rusiya liderinin mövqeyi ilə bağlı nə Kremldən, nə də Ağ Evdən heç bir rəsmi şərh verilməyib.

Ağ Ev rəhbərinin Vladimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların aparılmasını dəstəkləyiblər.

ABŞ prezidenti deyib ki, o, artıq Putin və Zelenski ilə görüşə hazırlaşmağa başlayıb. Trampın sözlərinə görə, onun Rusiya və Ukrayna liderləri ilə görüşü onların ikitərəfli danışıqlarından sonra baş tutacaq. “Axios” portalı iddia edir ki, Tramp avqustun sonuna qədər Putin və Zelenski arasında görüş keçirməyə ümid edir.

Almaz Həsənli