
Ukrayna “müasir müharibə” aparmaq təcrübəsi olan üç ölkənin adını açıqlayıb
Bütün dünyada yalnız Rusiya, Ukrayna və Şimali Koreyanın praktiki olaraq bütün silahlardan istifadə etməklə geniş cəbhədə müasir münaqişə aparmaq təcrübəsi var. Bunu “The Japan Times” qəzetinə müsahibəsində Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
"Hazırda dünyada yalnız üç ölkə var ki, onların çox geniş cəbhədə praktiki olaraq bütün mövcud silahlardan istifadə etməklə müasir müharibə aparmaq təcrübəsi var - Ukrayna, Rusiya və Şimali Koreya", - Budanov bildirib.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putini telefon danışığında əmin edib ki, o, xüsusi hərbi əməliyyat kontekstində Rusiya hakimiyyətinin gördüyü tədbirləri dəstəkləyir.
Kim Çen In Koreya Xalq Ordusunun əsgərlərinə verdiyi yüksək qiymətə görə Putinə səmimi təşəkkürünü bildirib və əmin edib ki, KXDR Pxenyan və Moskva arasında razılaşmanın ruhuna həmişə sadiq qalacaq və Rusiya rəhbərliyinin bütün tədbirlərini hərtərəfli dəstəkləməyə davam edəcək.
Əziz Mustafa