Paşinyan Aİİ-nin Qırğızıstandakı iclasında iştirak etməyəcək

Paşinyan Aİİ-nin Qırğızıstandakı iclasında iştirak etməyəcək

13 Avqust 16:05
Bəyəndim (3) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyan, 14-15 avqustda Qırğızıstanın Çolpon-Atada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv dövlətlərinin Avrasiya hökumətlərarası şurasının iclasında iştirak etməyəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Onun sözlərinə görə, bu, Paşinyanın avqustun 12-dən 15-ə kimi məzuniyyətdə olması ilə bağlıdır.
İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
İclasda Aİİ çərçivəsində birja ticarətinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi məmulatların ümumi bazarının inkişaf konsepsiyası və s. müzakirə olunacaq.
Oxuməni.az