
Trampın Putinlə görüşü uğursuz olsa ABŞ Ukrayna danışıqlarından çıxacaq
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşdən sonra ABŞ Ukrayna münaqişəsi üzrə danışıqlar prosesindən çıxa bilər, Tramp mətbuat konfransında deyib. Tədbir Ağ Evin YouTube kanalında yayımlanıb.
"Mən uzaqlaşıb "uğurlar" deyə bilərəm və bu, bunun sonu olacaq", - deyən Tramp, Ukrayna ilə bağlı razılaşmanın mümkün olub-olmadığını anlamaq üçün "bir neçə dəqiqə" lazım olacağını qeyd edib.
Putinlə Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. Açıqlanan əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.
Öz növbəsində, Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, eləcə də Almaniya, Polşa və Avropa Komissiyasının rəhbəri birgə bəyanat yayaraq, Avropa ölkələrinin Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Əziz Mustafa