Amerikanın “Qızıl Qübbə” sistemi 4 mühafizə qatına malik olacaq

Amerikanın “Qızıl Qübbə” sistemi 4 mühafizə qatına malik olacaq

14:13
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ-da hazırlanan "Qızıl Qübbə" raket əleyhinə müdafiə sistemi dörd müdafiə qatına malik olacaq: raketlərin aşkarlanması, hədəf göstərilməsi, xəbərdarlıq və izləmə üçün kosmik qat; və raketləri dayandıran sistemlər, radar massivləri və ehtimal ki, lazerlərdən ibarət üç yerüstü qat.
“Reuters” bu barədə redaksiya heyəti tərəfindən əldə edilmiş ABŞ hökumətinin “Go Fast, Think Big!” adlı sənədinə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın İsrailin “Dəmir Qübbə”inin analoqu kimi düşündüyü “Qızıl Qübbə” layihəsinin dəyəri 175 milyard avro qiymətləndirilir. Sistemin 2028-ci ildə istifadəyə verilməli olduğu güman edilir.
Ağ Evin rəhbəri ABŞ-ı raketlərlə təhdid edə biləcək konkret ölkənin adını çəkməyib. Bununla belə, o, “Qızıl Qübbə”nin raketləri “dünyanın başqa yerindən və ya kosmosdan” buraxılsa belə, onların qarşısını ala biləcəyini bildirib.
Almaz Həsənli