Ukrayna itirilmiş ərazilərindən imtina edə bilər

Ukrayna itirilmiş ərazilərindən imtina edə bilər

12:33
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna münaqişənin həlli və NATO-ya üzvlük yolu üçün itirilmiş ərazilərindən imtina edə bilər. Bunu Qərb mənbələrinə istinadən Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Onların sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüş ərəfəsində mövqeyini yumşaldıb.
"Zelenskiy çətin vəziyyətdə qalacaq, çünki ölkə konstitusiyası ona ümummilli referendum olmadan əraziləri təslim etməyə icazə vermir", - deyə materialın müəllifi qeyd edib.
“Ərazilərdən imtina müqabilində Kiyev silah tədarükü və NATO-ya üzvlük yolu kimi etibarlı təhlükəsizlik zəmanəti alacağını gözləyir”, - nəşr yazır.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, onun məlumatına görə, Ukrayna hakimiyyəti hazırkı təmas xətti boyunca münaqişəni dondurmağa hazırdır. Eyni zamanda, Kiyev DXR, LXR, Xerson və Zaporojya vilayətlərində onun nəzarətində olan əraziləri vermək istəmir.
Almaz Həsənli