Zelenski və Avropa liderləri Trampla telefon danışığı aparacaq

Zelenski və Avropa liderləri Trampla telefon danışığı aparacaq

11:55
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri Rusiya diktatoru Vladimir Putinlə görüşdən iki gün əvvəl, avqustun 13-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacaq. Bu barədə Bloomberg xəbər verir.

Almaniya hökumətinin sözçüsü Stefan Korneliusun sözlərinə görə, telefon danışığına ABŞ-ın vitse-prezidenti J.D.Vens də qoşulacaq.

Çağırışda iştirak edəcəyi planlaşdırılan Avropa liderləri arasında Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və İtaliya, Polşa və Finlandiyanın baş nazirləri var.

Korneliusun sözlərinə görə, danışıqlarda “Rusiyaya təzyiqin əlavə variantları”, həmçinin “mümkün sülh danışıqlarına hazırlıq və bununla bağlı ərazi iddiaları və təhlükəsizlik məsələləri” müzakirə olunacaq.

“The Guardian” yazır ki, zəng Kiyev vaxtı ilə saat 15:00-da baş tutacaq., ardınca bir saat sonra Tramp və Wens ilə ayrı-ayrılıqda telefon danışığı olacaq..

Avropa liderlərinin növbəti addımları müzakirə etmək üçün günün sonunda növbəti görüş keçirəcəkləri gözlənilir.

Əziz MUSTAFA