Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edilib

Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edilib

11:17
Bəyəndim (2) Bəyənmədim (0)


Sankt-Peterburqda miqrantlara kuryer çatdırılması sektorunda işləmək qadağan edilib. Bu barədə sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb, şəhər hökuməti Telegram-da bildirib.
Sənəddə qeyd edilir ki, qadağa kuryer fəaliyyətinin bütün növlərinə şamil edilir və guya “kölgə məşğulluğu” ilə mübarizə, kuryer sektorunda “xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin” yaxşılaşdırılması, Rusiya vətəndaşları üçün yeni iş yerlərinin yaradılması məqsədi daşıyır.
Şəhər hökuməti əmin edib ki, tədbir çatdırılma bazarının sabitliyinə təsir etməyəcək, çünki şəhərdəki kuryerlərin ümumi sayının cüzi bir hissəsini əcnəbilər təşkil edir. Onlar həmçinin bildirdilər ki, kuryer işi məktəblilər və tələbələr üçün maraqlı ola bilər.
İşəgötürənlərə “kadr siyasətini tənzimləmək” üçün üç aylıq keçid müddəti verilib.
Almaz Həsənli