
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrində dəmir qapılar quraşdırıb
Estoniya və Rusiya arasındakı hər üç sərhəd keçidində sürüşməli qapılar və blokpostlar quraşdırılıb ki, lazım gələrsə, bir neçə saniyə ərzində insanların və nəqliyyat vasitələrinin hərəkətini dayandıra bilər.
Estoniya Milli Televiziya və Radio Yayım Şirkəti “ERR”-nin verdiyi məlumata görə, baryerlər ölkənin şimalındakı “Narva” sərhəd-keçid məntəqəsində, cənubda isə “Koydula” və “Luhamaa” sərhəd keçid məntəqələrində quraşdırılıb. İş ötən ay başlayıb və ümumilikdə 3,1 milyon avroya başa gəlib.
Yeni təhlükəsizlik tədbirləri Rusiyanın 2023-cü ilin dekabrında Narvada 30-a yaxın qeyri-qanuni miqrantın ölkəni tərk etməsinə və lazımi sənədlər olmadan Aİ-yə daxil olmasına icazə verməsindən sonra razılaşdırılıb.
Daha geniş miqyasda oxşar cəhdlər eyni vaxtda Finlandiya-Rusiya sərhədində də edilib. Rəsmilər bunların Belarusun Latviya, Litva və Polşa ilə sərhədlərində Minsk və Moskvanın dəstəklədiyi miqrasiya böhranı ilə əlaqəli olduğunu deyirlər.
Cənub-şərq sərhəd-keçid məntəqəsinin rəhbəri Peter Maran, "Biz heç vaxt sərhədlərimizdə miqrasiya hücumunu tamamilə istisna edə bilmərik" deyib. “Belə hallarda fiziki infrastruktur, şübhəsiz ki, miqrant hücumlarına tez reaksiya verməyə və qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almağa kömək edir”.
İnsanlar son illərdə bir neçə dəfə keçid məntəqələrindən yan keçərək sərhədi qanunsuz keçməyə cəhd ediblər. Bu yaxınlarda Luhamaada sərxoş latviyalı skuter sürücüsü dayanmadan Rusiyaya daxil olmaq üçün yeni sərhəd keçid məntəqəsindən sürüşməyə cəhd edib. O, yeni sistem sayəsində dayandırıldı.
Sərhədçilər deyirlər ki, indi keçid məntəqəsini yeni qatlanan qapılar və şlaqbaumlarla bağlamaq təxminən üç saniyə çəkir.
"Burada ən vacib şey məlumatın çox tez yayılmasıdır və işçinin soyuqqanlı olması və lazımi anda düyməni basmasıdır – Maran bildirib. Əgər bizdə bu yeni sistemlər olmasaydı, bu adam çox güman ki, Rusiyaya getməyi bacarardı”.
Keçən ay Narvada da Estoniya və Rusiya arasındakı Dostluq körpüsündə dəmir qapılar quraşdırılıb.
Almaz Həsənli