ABŞ Tramp-Putin görüşü günü Ankoric üzərində səmanı bağlayacaq

ABŞ Tramp-Putin görüşü günü Ankoric üzərində səmanı bağlayacaq

14:34
Bəyəndim (4) Bəyənmədim (0)


İyulun 15-də ABŞ prezidenti Donald Trampla Vladimir Putinin görüşünün elan edildiyi gün ABŞ Alyaskanın ən böyük şəhəri Ankoric üzərində hava məkanını bağlayır. Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının saytında bildirilir.
Cümə günü “VIP transfer”in baş tutacağı bildirilir. Ankoric üzərindəki səmalar 30 mil (48,3 km) radiusda və 5500 kilometrə qədər yüksəklikdə bağlanacaq.
Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.
Ankoric inzibati, ticarət, nəqliyyat, hərbi və rabitə mərkəzidir. Sahəsi 5 min km²-dən çoxdur, əhalisi isə təxminən 300 min nəfərdir.
Almaz Həsənli