
"Avropa müharibəyə hazırlaşır": müdafiə zavodları əvvəlkindən üç dəfə sürətlə genişlənir
Avropada müdafiə müəssisələri sülh dövründəkindən üç dəfə sürətlə genişlənir, 7 milyon kvadratmetrdən çox yeni sənaye sahəsi tutur ki, bu da tarixi miqyasda yenidən silahlanma deməkdir. Bu barədə Financial Times xəbər verir.
Ekspertlərin fikrincə, Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Avropa müəssisələrində tikinti aktivliyi kəskin artıb. Tapıntılar 37 şirkətin 150 saytını əhatə edən peyk məlumatlarına əsaslanıb.
Təhlillər göstərib ki, dəyişikliklərin qeydə alındığı ərazilər 2020-21-ci illərdə 790 min kvadratmetrdən 2024-25-ci illərdə 2,8 milyon kvadratmetrə qədər artıb. Dəyişikliklərə tikintidən əvvəl aparılan qazıntı işləri, yeni tikililərin tikintisi, yolların çəkilməsi və digər işlər səbəb olur.
Ən böyük genişləndirmə sahələri arasında Alman müdafiə nəhəngi Rheinmetall ilə Macarıstanın Varpalota şəhərində sursat və partlayıcı maddələr üçün böyük istehsal sahəsi inşa edən Macarıstanın dövlət müdafiə şirkəti N7 Holding arasında birgə layihə var.
Əziz Mustafa