İsrail fələstinlilərin məskunlaşdırılması üçün beş ölkə ilə danışıqlar aparır

İsrail fələstinlilərin məskunlaşdırılması üçün beş ölkə ilə danışıqlar aparır

08:44
Bəyəndim (0) Bəyənmədim (0)


İsrailin baş naziri Benyamin Netantyahu ölkəsinin Qəzza zolağında müharibə nəticəsində didərgin düşmüş fələstinliləri qəbul etmək üçün bir neçə ölkə ilə danışıqlar apardığını bildirib.

Bu barədə Oxuməni.az CNN kanalına istinadən məlumat yayıb.

CNN-in məlumatına görə, yüksək rütbəli İsrail rəsmisi nəşrə aydınlıq gətirib ki, bu, Cənubi Sudan, Somali, Efiopiya, Liviya və İndoneziyaya aiddir.

O əlavə edib ki, Qəzza əhalisinin bir hissəsini (ümumilikdə 2 milyondan çox) qəbul etmək müqabilində ölkələr “əhəmiyyətli maliyyə və beynəlxalq təzminat”a ümid edirlər.
Çərşənbə günü səhər saatlarında Cənubi Sudan mediada fələstinlilərin köçürülməsi ilə bağlı danışıqların aparılması barədə xəbərləri təkzib edib. Ölkə nümayəndələrinin fikrincə, bu cür xəbərlər “əsassızdır və ölkənin rəsmi mövqeyini əks etdirmir”. Bu ilin əvvəlində Somali də belə danışıqların olmadığını bəyan etmişdi.

İndoneziyaya gəlincə, onun hökumət nümayəndələri ötən həftə bildiriblər ki, ölkə Qəzzadan olan 2000 fələstinlini müalicə üçün qəbul etməyə hazırdır. Amma sağaldıqdan sonra onların ölkələrinə qayıdacaqlarını əlavə etdilər.

Netanyahu isə, öz növbəsində, müharibədən sonra Qəzzaya nə olacağı barədə heç vaxt təfərrüatlı fikir bildirməyib, lakin dəfələrlə fələstinlilərin köçürülməsinin tərəfdarı olub.

İsrail hökumətinin başçısı deyib: “Fələstinlilərə əhəmiyyət verdiyini və fələstinlilərə kömək etmək istədiyini söyləyən hər kəs qapılarını açmalıdır”.

Xatırladaq ki, İsrail bu yaxınlarda Qəzza şəhərini ələ keçirmək üçün hərbi planı təsdiqləyib. Netanyahunun sözlərinə görə, onun məqsədi işğal deyil, şəhəri HƏMAS qruplaşmasından azad etməkdir.

Əziz MUSTAFA