Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı Rusiyaya təzyiqlərini davam etdirəcək, 18 sanksiya paketi artıq qəbul edilib, 19-u isə gələn ay nəzərdə tutulub. Aİ sanksiyaların işə yaradığını əmin edir.

Oxuməni.az Avropa Komissiyasının saytına istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının baş sözçünün müavini Arianna Podesta bildirib.

"Mən çox açıq şəkildə demək istəyirəm: Avropa Rusiyaya təzyiq göstərməyə davam edəcək", - Avropa Komissiyasının baş sözçünün müavini deyib.

O xatırladıb ki, Avropa İttifaqı artıq 18 sanksiya paketi qəbul edib və hazırda 19-u üzərində işləyir.

"Ümid edirəm ki, gələn ay onu keçə bilərik - bu, bizim nəzərdə tutduğumuz zaman üfüqüdür. Və dediyim kimi, biz sanksiyaların işlədiyini bilirik və biz Rusiyaya təzyiqi davam etdirəcəyik", - Podesta yekunlaşdırıb.

Əziz Mustafa