
ABŞ Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bu yana 1,6 milyona yaxın qeyri-qanuni immiqrantın ölkəni tərk etdiyini açıqlayıb
Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri təxminən 1,6 milyon qeyri-qanuni mühacir ABŞ-ı tərk edib.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem X sosial şəbəkəsində məlumat verib.
"200 gündən az müddət ərzində 1,6 milyon qeyri-qanuni mühacir ABŞ-ı tərk edib. Bu, çox şeydir. Bu, daha təhlükəsiz küçələr, vergi ödəyicilərinin pullarına qənaət, məktəblər və xəstəxanalara təzyiqlərin azaldılması və amerikalılar üçün daha yaxşı iş imkanları deməkdir", - o, X sosial şəbəkəsində yazıb.
Öz növbəsində “The Hill” qeyd edir ki, nazirin bəyanatı İmmiqrasiya Araşdırmaları Mərkəzinin hesabatına əsaslanır. Hesabatın özü etiraf edir ki, ABŞ-ı tərk edən qeyri-qanuni miqrantların real sayı bir sıra səbəblərə görə qeyd olunan rəqəmdən aşağı ola bilər.
Almaz Həsənli