
Putin müharibəni dayandırmaq istəməsə, ağır nəticələrlə üzləşəcək
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada görüşü zamanı Rusiya diktatoru Vladimir Putinə Ukraynaya qarşı müharibəni dayandırmaq istəmədiyi təqdirdə ona çox ciddi nəticələr vəd edib.
Bu barədə Amerika lideri jurnalistlərlə söhbəti zamanı bildirib.
Trampdan soruşublar ki, Putin müharibəni dayandırmaq istəməsə, bunun nəticələri ilə üzləşəcəkmi?
"Nəticələri olacaq" deyə Amerika lideri qısaca cavab verdi.
Daha sonra ondan soruşdular ki, bunlar sanksiyalar, yoxsa tariflər olacaq.
"Olacaq, bunu deməməliyəm. Çox ciddi nəticələr olacaq", - Tramp bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp artıq Rusiya diktatoru Vladimir Putinə ultimatum vermişdi.
Tramp Rusiya avqustun 8-dək Ukrayna ilə atəşkəs yaratmasa, ona qarşı ikinci dərəcəli sanksiyalar və ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.
Rusiya atəşkəsdən imtina etməyə davam edir, lakin Tramp sanksiyalar tətbiq etməyib.
Əziz Mustafa