Vuçiç: Serbiyada iğtişaşlar zamanı 60-dan çox insan xəsarət alıb

Vuçiç: Serbiyada iğtişaşlar zamanı 60-dan çox insan xəsarət alıb

11:08
Bəyəndim (1) Bəyənmədim (0)


Serbiya prezidenti Aleksandr Vuçiç Novi Sadda Serbiya Tərəqqi Partiyasının (SPP) binalarına etirazçıların hücumları nəticəsində 60-dan çox adamın yaralandığını bildirib.

"Hücum edənlər - blokada iştirakçıları - çubuqlar, fişənglər, daşlarla binanın arxasından yaxınlaşıb və hücum ediblər. 60-dan çox yaralı vətəndaşımız var. Təkcə Novi Saddakı SPP binalarında 64 yaralı var", - cənab Vuçiç təcili mətbuat konfransında deyib.

Prezident əlavə edib ki, hakimiyyət hazırda nəzarəti bərqərar edir və şəhərə əlavə polis qüvvələri göndərir.

Polisin məlumatına görə, Belqrad, Novi Sad, Niş, Kraquyevaç və digər şəhərlərdə iğtişaşlar zamanı 70-ə yaxın insan xəsarət alıb.

Serbiyada erkən parlament seçkilərinin keçirilməsi tələbi ilə kütləvi etirazlar bir neçə aydır ki, davam edir. Prezident Aleksandar Vucic bu ideyanı rədd edərək, seçkilərin planlaşdırıldığı kimi 2026-cı ilin sonunda keçiriləcəyini təkid edib. İyulun sonunda o, qarşıdan gələn seçkilərin nəticəsinin müxalifət üçün “xoşagəlməz sürpriz” olacağını deyib.

Əziz MUSTAFA