
İordaniya 33 ildən sonra nizami orduya qayıdır
İordaniyada 33 ildən sonra hərbi xidmət bərpa olunur və ilk çağırış 6 min nəfəri əhatə edir. Bu barədə krallıq hökumətinin nümayəndəsi Məhəmməd əl-Momani məlumat verib.
İordaniya Milli Xəbər Agentliyi xəbər verir ki, ilk işə qəbul 1 fevral 2026-cı ildə başlayacaq.
İordaniya Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri ilə görüşdə Məhəmməd əl-Momani deyib: "Proqram hər il üç növbədə olmaqla, hər biri üç ay davam edəcək və bu, əvvəllər təsdiq edilmiş təlim müddətinə uyğundur. Proqramın iştirakçıları ilkin hərbi hazırlıq keçəcəklər".
İlk çağırışda 2007-ci il təvəllüdlü 6000 gənc iştirak edəcək. Hakimiyyət xəbərdarlıq edir ki, xidmətdən yayınanlara 3 aydan bir ilədək həbs cəzası veriləcək.
İordaniyada məcburi hərbi xidmət 1992-ci ildə İsraillə sülh müqaviləsi bağlandıqdan sonra ləğv edilib. Bundan sonra Krallıq onu bir neçə dəfə bərpa etməyə cəhd edib. Yerli KİV-lər qeyd edirlər ki, məcburi xidmətin tətbiqinə səbəb İsraillə gərginləşən münaqişə, eləcə də Təl-Əvivin İordan çayının qərb sahilinə ərazi iddiaları ola bilər.
Almaz Həsənli