Məsud Pezeşkian İrəvandakı Göy məsciddə namaz qılıb

Məsud Pezeşkian İrəvandakı Göy məsciddə namaz qılıb

11:05
Bəyəndim (2) Bəyənmədim (0)


İran prezidenti Məsud Pezeşkian Ermənistana iki günlük rəsmi səfəri çərçivəsində İrəvanda azərbaycanlıların mədəni irsinin bir hissəsi olan Göy məscidi ziyarət edib. Məscidə səfəri zamanı Pezeşkian dua edib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Azad Iran” Telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib.
Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995–2006-cı ildə isə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.
Almaz Həsənli