Mixeil Saakaşvili xəstəxanadan həbsxanaya qaytarılıb

Mixeil Saakaşvili xəstəxanadan həbsxanaya qaytarılıb

10:51
Bəyəndim (2) Bəyənmədim (0)


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 2022-ci ildən bəri saxlanıldığı Tbilisi klinikasından çıxarılıb və cəzasını ümumi əsaslarla çəkməyə davam edəcəyi "12 saylı İslah Müəssisəsi"nə (Rustavi Həbsxanası) göndərilib. Bu barədə Gürcüstan Xüsusi Penitensiar Xidməti Facebook-da məlumat verib.
Yazıda Saakaşvilinin səhhətinin hazırda "qənaətbəxş" olduğu və buna görə də "artıq stasionar müalicəyə ehtiyac duymadığı" iddia edilir. Gürcüstan Penitensiar Xidməti siyasətçinin müalicə həkiminin qərarına istinad edir.
Saakaşvili hazırda millət vəkili Valeri Gelaşvilinin döyülməsinə və bank işçisi Sandro Qirqvlianinin qatillərinin əfv olunmasına görə altı illik həbs cəzası çəkir. 12 mart 2025-ci ildə Tbilisi Şəhər Məhkəməsi də keçmiş prezidenti büdcədən 9 milyon lari (5,67 milyon manat-red.) mənimsədiyinə görə doqquz il həbs cəzasına məhkum edib. Martın 17-də eyni məhkəmə onu dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilərək əlavə 4,5 il müddətinə azadlıqdan məhrum etdi. Qismən məhkumluqlar nəticəsində siyasətçinin ümumi həbs cəzası hazırda 12 il 6 aydır.
Almaz Həsənli