Niderland Ukraynaya Sovet təyyarəsi bağışladı

Niderland Ukraynaya Sovet təyyarəsi bağışladı

07:55
Bəyəndim (1) Bəyənmədim (0)

Niderlanddan olan könüllülər Ukraynaya Sovet "Yak-52" idman təlim təyyarəsi bağışladılar. "Müharibə Tarixi Silahları" Telegram kanalına görə, bu təyyarələr pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün istifadə olunur.

Böyük Britaniyada nümayişlər zamanı istifadə edilən "Yak-52" 78.000 dollara alınıb.

Yak-52 ilk uçuşunu 1979-cu ildə edib. İdman təyyarəsi 360 at gücü istehsal edən doqquz silindrli M-14MP mühərriki ilə təchiz olunub və saatda 270 kilometrə qədər sürətə çatmağa imkan verir. Bu tip 600-dən çox təyyarə dünyada özəl mülkiyyətdədir.

May ayında Rusiyanın dronlarla mübarizə aparmaq üçün "Yak-52B2" modifikasiyasını hazırladığı açıqlandı. Təyyarə müasir avionika, 360 dərəcəlik radar və 12 kalibrli yarımavtomat karabinlərlə təchiz olunmuşdu. Dron qırıcısının əsas hədəfi təyyarə tipli kamikaze dronlarıdır.

Əziz Mustafa