ATƏT-in Minsk Qrupu artıq mövcud deyil

ATƏT-in Minsk Qrupu artıq mövcud deyil

12:40
Bəyəndim (2) Bəyənmədim (0)


ATƏT Minsk prosesinin və əlaqəli strukturların bağlanmasını başa çatdırıb.
Oxuməni.az-ın məlumatına görə, bu barədə ATƏT-in bəyanatında bildirilib.
ATƏT, Ermənistan və Azərbaycanın Finlandiyanın ATƏT sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 saylı Qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində, saat 23:59-da Minsk prosesinin və əlaqəli strukturların bağlanmasını başa çatdırıb.
1 sentyabrda ATƏT-in Daimi Şurası ATƏT-in Minsk prosesinə və əlaqəli strukturlara xitam verilməsi barədə qərar qəbul edib. Qərarda həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əvvəllər qəbul edilmiş bütün ATƏT sənədləri etibarsız elan edilib.
Təşkilat bütün prosedurların tamamlanmasının Minsk prosesinin bir mexanizm kimi yekun bağlanması demək olduğunu vurğulayıb.
Oxuməni.az