Özbəkistanda elektron siqaretlər tamamilə qadağan edildi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsi haqqında qanun imzalayıb.
Oxuməni.az-ın məlumatına görə, bu barədə ölkənin Ədliyyə Nazirliyinin Telegram-kanalında bildirilir.
Qanunun pozulmasına görə 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Yeni qanunvericilik elektron siqaretlərin və onlar üçün mayelərin alınmasını, saxlanılmasını, daşınmasını, verilməsini, istehsalını və ölkəyə idxalını qadağan edir.
Qanunu pozan vətəndaş 300-500 misli (10,3 min dollardan 17,2 min dollara qədər) məbləğdə cəriməyə, yaxud 2-3 il müddətinə islah işlərinə, həmçinin 3-5 il müddətinə azadlığın məhdudlaşdırılmasına məruz qala bilər.
Bununla belə, şəxs öz günahını etiraf edib qadağan olunmuş məmulatları təhvil verərsə, məsuliyyətdən azad ediləcək.
Almaz Həsənli

















.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)



























