Papa XIV Leo Türkiyəyə rəsmi səfərə gəlib
Papa XIV Leo Ankaraya səfərə gəlib.
Oxuməni.az-ın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Vatikanın dövlət başçısını daşıyan təyyarə Ankaranın Esenboğa Hava Limanına eniş edib.
Hörmətli qonağı hava limanında Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslər qarşılayıblar.
Səfəri zamanı Papa XIV Leo Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün (Anıtqəbir) məqbərəsini ziyarət edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Tərəflər Vatikan və Türkiyə arasındakı əlaqələri, eləcə də Fələstindəki vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Bu, XIV Leonun taxta çıxmasından bəri Türkiyəyə ilk səfəridir. Səfər dörd gün davam edəcək və bundan sonra Roma Katolik Kilsəsinin rəhbəri Livana səfər edəcək.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)




















.jpg)