Yeni Zelandiyada Kuk dağında iki alpinist yıxılaraq ölüb
Yeni Zelandiyanın ən yüksək zirvəsi olan Aoraki dağına (və ya Kuk dağına) dırmanarkən iki alpinist ölüb. Çərşənbə axşamı səlahiyyətlilər eyni qrupdan daha iki nəfərin xilas edildiyini bildiriblər. Bu barədə Oxuməni.az “Euronews”-a istinadən xəbər verir.
Qurbanların cəsədləri tapılıb və axtarış-xilasetmə mütəxəssisləri hazırda onları "çətin dağ şəraitində" təxliyə etmək üçün çalışırlar.
Qurbanların adları açıqlanmayıb. Lakin Yeni Zelandiya Dağ Bələdçiləri Assosiasiyası açıqlamasında ölənlərdən birinin üzv, digərinin isə onun xidmətlərindən istifadə etdiyini bildirib.
Yerli mediaya danışan polis serjantı Kevin MakErleyn bildirib ki, cütlük Aoraki zirvəsinin yaxınlığındakı yamacdan yıxılarkən bir kəndirlə bağlı olublar.
Yerli vaxtla bazar ertəsi axşamı səlahiyyətlilər dörd alpinistin köməyə ehtiyacı olduğu barədə zəng alıblar. Çərşənbə axşamı səhəri iki alpinist xilas edilib və helikopterlə təhlükəsiz yerə aparılıb. Polis hər ikisinin xəsarət almadığını təsdiqləyib.
Qalan alpinistlərin axtarışı gecə boyu, həmçinin vertolyotla davam etdi və cəsədlərinin tapılması ilə nəticələndi.
3724 metr hündürlükdə yerləşən Aoraki, Cənubi Alp dağlarının bir hissəsidir. Cənub adasının uzunluğu boyunca uzanan mənzərəli və buzlaq dağ sistemidir. Onun ətəyində yerləşən eyniadlı kənd çoxsaylı Yeni Zelandiya və beynəlxalq turistləri cəlb edir.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)































.jpg)