Merz ukraynalı qaçqınlarla bağlı vəziyyətdən narazılığını bildirdi

Merz ukraynalı qaçqınlarla bağlı vəziyyətdən narazılığını bildirdi

14:22
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniyada işləmək qabiliyyətinə malik olan bütün ukraynalı qaçqınlar sosial yardımla yaşamaq əvəzinə, iş tapmalıdırlar. RİA Novosti-nin məlumatına görə, Almaniya kansleri Fridrix Merz bunu bildirib.

"Bəli, biz həqiqətən bu qaçqınlara kömək etmək istəyirik. Amma əgər onlar işləyə bilirlərsə, deməli, işləməlidirlər", - deyə o, Almaniya İşəgötürənlər Günündə çıxış edərkən qeyd edib.

Merzin sözlərinə görə, Almaniyada ukraynalı qaçqınların məşğulluq səviyyəsi AB ölkələri arasında ən aşağı göstəricilərdən biri olaraq qalır, 30%-dən azdır. Kansler əlavə edib ki, bu, bəzi digər ölkələrdə 70-80%-i keçir.

"Bu, qəbuledilməzdir", - deyə o vurğulayıb.

Kansler xatırladıb ki, Almaniya Ukraynadan olan qaçqınların hüquqi statusunu dəyişdirib və onlar indi daha az maliyyə dəstəyi alacaqlar.

Əziz Mustafa