Ağ Ev Ukraynada sülhə nail olmaq üçün qalan detalları açıqladı

Ağ Ev Ukraynada sülhə nail olmaq üçün qalan detalları açıqladı

11:23
Bəyəndim (1) Bəyənmədim (0)

Sülh planının qalan detallarını yekunlaşdırmaq üçün Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlara ehtiyac var. Ağ Evin mətbuat katibi Kerolin Levitt bunu X sosial media platformasında bildirib.

Bəyanatda deyilir: "Bir neçə həssas, lakin həll olunmaz olmayan məsələ həll olunmalıdır və bu, Ukrayna, Rusiya və ABŞ arasında əlavə danışıqlar tələb edəcək".

O qeyd edib ki, son bir həftə ərzində ABŞ-ın səyləri, o cümlədən hər iki tərəfi danışıqlar masasına gətirməklə sülh razılaşmaları istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib.

Bir gün əvvəl Qərb mediası ABŞ ordusunun katibi Daniel Driskolun 24 noyabrda Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə danışıqlar apardığını bildirib. Növbəti görüş 25 noyabrda "sülh danışıqlarında irəliləyişi sürətləndirmək" və "daha yüksək səviyyəli qarşılıqlı fəaliyyət üçün təməl qoymaq" məqsədilə keçiriləcək. "Politico"nun məlumatına görə, Driscoll Ukraynadakı münaqişənin həlli üçün Amerikanın kiçildilmiş planını təqdim edəcək. Kreml bu xəbərlərə münasibət bildirməkdən imtina edərək vəziyyəti "informasiya dəliliyi" adlandırıb.

Əziz Mustafa