"Leonardo" konserni "Mikelandjelo Qübbəsi" PRO sistemini təqdim edəcək

"Leonardo" konserni "Mikelandjelo Qübbəsi" PRO sistemini təqdim edəcək

13:36
Bəyəndim (2) Bəyənmədim (0)

İtaliyanın "Leonardo" müdafiə holdinqi cümə axşamı "Mikelandjelo Qübbəsi" (Michelangelo Dome) hava hücumundan müdafiə sisteminin layihəsini təqdim edəcək. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

"Financial Times"ın məlumatına görə, şirkətin baş direktoru Roberto Çinqolani süni intellekt və müxtəlif müdafiə vasitələrinin inteqrasiyası tətbiq edilərək hazırlanan texnologiyaları təqdim edəcək.

Qeyd olunur ki, "Mikelandjelo Qübbəsi" İsrailin "Dəmir Qübbə" sisteminin nümunəsində yaradılır. Layihənin xüsusiyyəti hər hansı Şimali Atlantika Alyansı ölkəsinin infrastrukturuna uyğunluğu olacaq ki, bu da NATO standartlarına uyğunluq və mövcud silahlarla inteqrasiyada çeviklik sayəsində əldə edilir.

Dərcdə vurğulanır ki, Avropa ölkələri Rusiya ilə gərgin münasibətlər fonunda müdafiə qabiliyyətlərini artırmağa çalışırlar. Layihənin tərtibatçıları həllin universal olmasını vurğulayırlar – sistem konkret silahlarla məhdudlaşmır və istifadəçi şəraitinə uyğun olaraq fərdi şəkildə tənzimlənə bilər.

Almaz Həsənli